Modern.az

Avropa Parlamentinin Azərbaycanla bağlı seçki müşahidə missiyasının tərkibi açıqlandı

Avropa Parlamentinin Azərbaycanla bağlı seçki müşahidə missiyasının tərkibi açıqlandı

26 Sentyabr 2013, 10:35


Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun Modern.az-a verdiyi məlumata görə, dünən – 25 sentyabrda Avropa Parlamentinin Azərbaycanda 9 oktyabrda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının tərkibi açıqlanıb.
AP seçkiləri müşahidə missiyasının Avropa Xalq Partiyasından (EPP) 2 nəfər, Liberal-Demokratlar (ALDE), Avropa Mühafizəkar və İslahatçılar, Avropa Azadlıq və Demokratiya (EFD), Birləşmiş solçular və Sosialistlər qruplarının hər birindən bir nəfər olmaqla 7 nəfərdən ibarət tərkibi müəyyənləşib. Missiyanın rəhbəri Sosialistlər qrupunun üzvü, İtaliyalı parlamentari Pino Arlaki təyin edilib.


Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?