Modern.az

Qanunsuz ov edənlər müəyyən edildi

Qanunsuz ov edənlər müəyyən edildi

Aktual

15 Yanvar 2024, 23:47

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ağarx kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı onların rayon sakinləri - S.Manafov, E.Nəcəfzadə və A.Alışov olduqları müəyyən edilib.

 

Həmin şəxslərdən bir ədəd “İJ” markalı ov tüfəngi və ovladıqları çöl quşları aşkar olunaraq götürülüb.

 

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi