Modern.az

Buzlu yol 66 yaşlı kişinin ölümünə səbəb oldu 

Buzlu yol 66 yaşlı kişinin ölümünə səbəb oldu 

16 Yanvar 2024, 00:11

Biləsuvarda 66 yaşlı kişi nəvəsini məktəbdən gətirərkən buz üstündə yıxılaraq ölüb.

 

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında Biləsuvar rayonunda baş verib.

 

Rayon sakini, 1958-ci il təvəllüdlü Cəmil Rəhimov piyada yolunda hərəkətdə olarkən yıxılıb. O, başından aldığı ağır xəsarətlə rayon xəstəxanasına çatdırılarkən yolda ölüb.

 

Bildirilir ki, 66 yaşlı kişi nəvəsini məktəbdən gətirərkən buzlu yolda yıxılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir