Modern.az

Bu gün 15°-dək şaxta gözlənilir

Bu gün 15°-dək şaxta gözlənilir

16 Yanvar 2024, 07:52

Yanvarın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim cənub-qərb küləyi əsəcək

 

Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

 

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi