Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Sumqayıtda yerləşən yataqxanada partlayış baş verib.
Modern.az-ın məlumatına görə, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayış nəticəsində 4 nəfər (2-si böyük, 2-si uşaq olmaqla) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə yerləşdirilib.
Xəsarət alan 4 nəfərdən 3-nün vəziyyəti orta ağırdır.
Partlayış baş verən mənzildən görüntüləri təqdim edirik: