Modern.az

Masallıda 2 min abonentin qazı KƏSİLDİ

Masallıda 2 min abonentin qazı KƏSİLDİ

16 Yanvar 2024, 08:40

Masallı rayonu Təzə Alvadı qaz paylayıcı stansiyadan qidalanan Meşəkənarı istiqamətində Yeyənkənd, Böyük Xocavar, Tatyanoba, Güllütəpə, Meşəkənarı kəndlərini təbii qazla təmin edən diametri 273 mm orta təzyiqli qaz xətti güclü şaxtanın təsirindən qırılıb.

 

Modern.az-ın məlumatına görə, nəticədə 2 min abonentin qaz təchizatı saat 04:20-dən dayandırılıb.

 

“Sakinlərin qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş edilir”-deyə, məlumatda vurğulanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var