Modern.az

Saakaşvili Qarabağ münaqişəsində Rusiyanı ittiham etdi

Saakaşvili Qarabağ münaqişəsində Rusiyanı ittiham etdi

26 Sentyabr 2013, 11:24


Modern.az xəbər verir ki, BMT Baş Assambleyasının iclasında çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanı Qarabağ münaqişəsindəki mövqeyinə görə tənqid edib. “Rusiya Dağlıq Qarabağ münaqişəsində heç bir tərəfin qalib gəlməsini istəmir. Çünki bu, həmin ölkələrin müstəqil olmasına və Avropa Birliyi ilə münasibətlərini inkişaf etdirməsinə mane olur. Siz fikirləşirsiniz ki, Putin Azərbaycanla münaqişədə Ermənistanın qalib gəlməsini istəyir? Xeyir. Bu, Ermənistanı daha güclü və potensial müstəqil edə bilər. Yaxud əksinə, Bakının Yerevan üzərində qələbəsini istəyir? Xeyir, onlar ümumiyyətlə kiminsə qalib gəlməsini istəmir”.

Mixail Saakaşvili Avrasiya İttifaqının Putinin rus imperiyasını bərpa etmək istəyi kimi dəyərləndirib. “Avrasiya İttifaqınıın əsas müddəaları Avropa Birliyinin prinsiplərinə ziddir. Köhnə DTK agentinin başında dayandığı bu ittifaq rus imperiyanın bərpa olunması məqsədi daşıyır”.     

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?