Qırmızı dənizdəki proseslər dünyanın digər limanlarının da işinə təsir göstərir.
Modern.az RİA-ya istinadən xəbər verir ki, Niderlandın Antverpen limanında da problemlər yarana bilər.
Belə ki, Avropanın sözügedən ikinci ən böyük limanından bildirilib ki, Qırmızı dənizdəki böhran şəraitində gəmilərin gecikməsi səbəbindən fasilələrin yaranması baş verə bilər.
"Bu hal istisna edilə bilməz", - deyə məlumatda qeyd olunub.