Modern.az

Dəmiryol Xəstəxanası bu nazirliyin balansına verildi

Dəmiryol Xəstəxanası bu nazirliyin balansına verildi

Ölkə

16 Yanvar 2024, 10:12

“Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan Mərkəzi Dəmiryol Xəstəxanası bağlanıb.

 

Bu barədə iddia sosial şəbəkələrdə paylaşılıb.

 

Belə ki, tibb mərkəzi bağlandığı üçün həkimlər müxtəlif xəstəxanalarda çalışmağa üz tutublar.

 

Modern.az məsələni aydınlaşdırmaq üçün "Azərbaycan Dəmir Yolları" QSC ilə əlaqə saxlayıb.

 

Saytımıza açıqlamasında qurumun mətbuat xidmətinin rəisi Sənubər Nəzərli bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmiryol Xəstəxanasının balansında olan bir sıra dövlət əmlakları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib:

 

" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 dekabr tarixli 945 saylı Sərəncamına əsasən Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmiryol Xəstəxanasının balansında olan bir sıra dövlət əmlakları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.

 

Hazırda bununla əlaqədar olaraq aidiyyəti dövlət qurumları ilə birgə müvafiq təhvil-təslim işləri həyata keçirilir".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi