Gürcüstanın xarici ticarət dövriyyəsi 2023-cü ildə ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% artıb.
Modern.az "News Georgia"ya istinadən xəbər verir ki, müvafiq göstərici 21,5 milyard dollar təşkil edib.
İdxal 15,4 milyard dollar (14% artım), ixrac isə 6,1 milyard dollar (9% artım) olub.
Mənfi ticarət saldosu 9,3 milyard dollar təşkil edərək, ötən illə müqayisədə 17,4 faiz artaraq dövriyyənin 43,4 faizini təşkil edib.