Modern.az

Paytaxtda işıqforların iş rejimi dəyişdiriləcək - VİDEO

Paytaxtda işıqforların iş rejimi dəyişdiriləcək - VİDEO

16 Yanvar 2024, 10:40

Paytaxtın Rəşid Behbudov və Süleyman Rəhimov küçələrinin, həm də Süleyman Rəhimov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində günün pik saatlarında yaranan avtomobil sıxlığını azaltmaq məqsədilə tədbirlər görülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

 

Məlumata görə, bu məqsədlə NİİM tərəfindən qeyd olunan yolayrıcında svetoforun iş rejimində dəyişiklik edilib. Bununla yolda hərəkətin intensivliyi artırılıb və bu məqsədlə tətbiq edilən “yaşıl dalğa” rejiminin sayı da azaldılıb.

 

Ümumilikdə görülən tədbirlər nəticəsində həmin kəsişmələrdə sürücülərin rahat hərəkəti təmin edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal