Modern.az

Keçmiş məcburi köçkünlərin binaları söküləcək?

Keçmiş məcburi köçkünlərin binaları söküləcək?

16 Yanvar 2024, 11:08

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev keçmiş məcburi köçkünlərin yaşadığı binaların boyük əksəriyyətinin qəzalı vəziyyətdə olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, o, bu barədə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində danışıb.

 

O qeyd edib ki, keçmiş məcburi köçkünlərin Qarabağa köçürülməsi prosesi müvafiq qaydada davam etdirilir:

 

"Onlar köçürüldükdən həmin binalara baxış keçiriləcək. Onların yenidən müvafiq təyinat üzrə tikinti nəzərdə tutula bilər”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi