Modern.az

Qazaxlar Allahşükür Paşazadədən Astanadakı tədbirlərə gəlməyi xahiş ediblər - FOTOLAR

Qazaxlar Allahşükür Paşazadədən Astanadakı tədbirlərə gəlməyi xahiş ediblər - FOTOLAR

26 Sentyabr 2013, 12:00

Astanada konfransında qazaxıstandaQafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 25-də Qazaxıstan Respublikasının paytaxtı Astanada keçirilən «Astana Qurultaylarının sivilizasiyaların dialoqunda rolu» mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Modern.az xəbər verir ki, konfransdan öncə QMİ sədri Qazaxıstan Parlament Senatının sədri Kayrat Mami tərəfindən qəbul edilib. Senat sədri Azərbaycan və Qafqaz müsəlmanlarının dini liderinə Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin ilk Sammitinin 10 illiyinə həsr olunmuş forumun işinə qatıldığı üçün dərin təşəkkürlərini bildirib. Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə ərsəyə gəlmiş Astana Qurultaylarının dinlərarası dialoq işinə verdiyi önəm barədə danışan cənab K.Mami Şeyxülislam A.Paşazadə kimi dinlərarası əməkdaşlıq işinə böyük əməli töhfələr vermiş bir dini liderin iştirakından məmnunluq duyduqlarını söyləyib.

Azərbaycan dövlətinin və onun rəhbərinin mədəniyyətlər və sivilizasiyalararası dialoq məsələlərinə xüsusi dəyər verdiyindən söhbət açan Şeyxülislam Allahşükür Paşazadə həm Qazaxıstan, həm də Azərbaycanın liderlərinin belə bir önəmli məsələyə yüksək diqqət nümayiş etdirmələrinin ölkələrimiz və xalqlarımız üçün xoş nəticələrə vəsilə olduğunu və dini lider olaraq bunu mühüm amil kimi qiymətləndirdiyini nəzərə çatdırıb.

Azərbaycan prezidenti İlham Əliyevlə Qazaxıstanın agsaqqal rəhbəri arasında davam etdirilən dostluq münasibətlərindən söhbət açan və bundan dövlətlərimiz və xalqlarımız arasında əlaqələrə  böyük fayda gəldiyini vurğulayan Şeyxülislam bu dəyərli əlaqələrin hər zaman inkişaf etməsi üçün dualar etdiyini bildirib.

Sentyabrın 25-də Şeyxülislam A.Paşazadə Astana forumlarının Katibliyinin  XII sessiyasında iştirak edib. Katiblik növbəti Qurultayın keçirilməsinə dair təşkilatı məsələləri, gələcək prioritet və perspektivləri müzakirə edbi. Müzakirələr zamanı çıxış edən QMİ sədri qurumun işinin daha da təkmilləşdirilməsi yönündə təkliflərini, o cümlədən, ən mühüm təkliflərin reallaşdırılmasını təmin etmək məqsədilə xüsusi fondun təsis olunmasına ehtiyac olduğunu bildirib. Tədbir iştirakçıları bu təklifin müzakirə olunması vacibliyini vurğulayıblar.

Şeyxülislam Allahşükür Paşazadə dünən «Astana Qurultaylarının sivilizasiyaların dialoqunda rolu» mövzusunda beynəlxalq elmi-praktik Konfransın açılış mərasimində çıxış edib.

Dinlərarası dialoqa dair Azərbaycan və Qazaxıstan dövlət başçılarının dünya çapında dinlərarası dialoq məsələlərində dəyərli təşəbbüslərlə çıxış etmələrini, multikulturalizm ideyalarına sadiqliklərini olduqca əhəmiyyətli hal sayan A. Paşazadə ümumi yaşam məkanımızın bütün dünyada tolerantlıq məkanı kimi tanıdılması vacibliyindən cıxış edərək, birgə tədbirlər keçirilməsi zərurətini xüsusi vurgulayıb.

Öz çıxışında A. Paşazadə həmçinin, Qazaxıstan xalqının, onun lideri-türk xalqlarının ağsaqqalı N.Nazarbayevin Azərbaycan xalqının Qarabağ probleminin ədalətli həlli istiqamətində səylərinə hər zaman beynəlxalq müstəvidə dəstək nümayiş etdirməsini yüksək qiymətləndirib.

QMİ sədri konfransın kuluarlarında bir sıra tanınmış din xadimləri, o cümlədən, Vatikandan təşrif buyurmuş Papa yanında Dinlərarası əlaqələr üzrə Şuranın başçısı kardinal Jan Lui Toran, iranlı Məhəmməd Bağır Xürrəmşad, Məcid əl-Turki və b. ilə səmimi görüşlər keçirib.             

Konfransın gedişində Şeyxülislam A. Paşazadə Qazaxıstanın aparıcı KİV-lərini maraqlandıran suallara cavab verib.

Sentyabrın 25-də A.Paşazadə Qazaxıstan Respublikasının Dini işlər üzrə Dövlət Agentliyinin rəhbəri Kayrat Lama Şəriflə görüşüb. Azərbaycanla Qazaxıstan arasında tarixi dini-mənəvi əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirən Qazaxıstan rəsmisi, bu işdə QMİ sədrinin də öz səylərini əsirgəməyəcəyinə əmin olduğunu bildirib.

Həmin gün QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri, Müfti Yerjan Mayamerovla görüşüb. Görüş Astanada yeni inşa olunmuş nəfis Həzrəti-Sultan məscidində baş tutub.

Şeyxülislam A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Parlament Senatının sədri Kayrat Mami tərəfindən verilən ziyafətdə iştirak edib.

Qazaxıstan səfərində A.Paşazadənin müşayiət edən nümayəndə heyətinə QMİ Xarici Əlaqələr Şöbəsinin müdiri Müqəddəs Payızov və QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə xanım Dadaşova daxillər.       









Modern.az
       

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?