"Azərbaycanın böyük regionu dəmyə şəraitində kənd təsəərrüfatı məhsullarını istehsal edir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
“Quraqlıq da kənd təsərrüfatına ziyan vuran təbiət hadisəsi kimi qanunvericiliyə əlavə edilməlidir. Biz bu təklifi qanun layhəsi halına salmışıq”.
Komitə sədri Tahir Mirkişili isə qeyd edib ki, 2050-ci ilədək Azərbaycanın su ehtiyatları 23 %-dək azalacaq: “Ona görə əvvəlcədən bu tədbirlər görülməlidir. Siz bu layihəni aidiyyəti şöbəyə təqdim edin, biz buna baxaq”