Modern.az

Yeni dərs ilində kəndlərə 1174 müəllim göndərilib

Yeni dərs ilində kəndlərə 1174 müəllim göndərilib

26 Sentyabr 2013, 12:10


2013-2014-cü tədris ilində 1174 müəllim rayonlara dərs demək üçün göndərilib”. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin məlumatında bildirilir. Qeyd edilib ki, müəllimlərə daha çox ehtiyac Gədəbəy, Lerik, Cəlilabad, Yardımlı rayonlarında olub. Hazırda vakant yerlər tutulanadək müddətli müqavilə bağlamaqla ixtisaslı müəllimlər cəlb edilib. 

Nazirlik eyni zamandagtəhsilə marağını daha da artırmaq üçün magistrlərin işə qəbul zamanı müəyyən güzəştlər tətbiqi edilməsi məsələsinə də aydınlıq gətirib.
“İşə qəbul zamanı magistrlər üçün heç bir güzəşt və ya imtiyaz nəzərdə tutulmayıb. Lakin ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı hər bir müəllim öz əməyinin nəticələrinə görə qiymətləndiriləcək. Belə olduğu halda digər müəllimlərlə yanaşı, magistr dərəcəsi olan müəllimlərin də maddi və mənəvi cəhətdən fərqli qiymətləndirilməsinə imkan yaranacaq”.  

Aytən ƏLİYEVA
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?