Modern.az

Baş Planda Vyananı nümunəvi hədəf kimi götürdük - Anar Quliyev

Baş Planda Vyananı nümunəvi hədəf kimi götürdük - Anar Quliyev

Ölkə

16 Yanvar 2024, 11:48

Dekabrın 30-da Bakı şəhərinin 2040-cı ilə qədər inkişafına dair konseptual xarakterli planı təsdiq edilib. Bu, sayca Bakının 7-ci Baş planıdır, müstəqillik dövründə ilk dəfə hazırlanıb.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Şəhərsalna və Arxitektura Komitəsinin sədri Anar Quliyev planın təqdimatında bildirib.

 

O qeyd edib ki, 125 il bundan əvvəl ilk dəfə daha qısa müddət üçün baş planlar hazırlanıb:

 

"Bakı böyüyüb, 212 min hektardan çox ərazini, 59 qəsəbəni əhatə edir. Baş planın hazırlanması zamanı bütün dövlət qurumları və bir çox özəl qurumlar prosesdə iştirak edib. Bütün nazirliklərin təmsil olunduğu işçi qrup yaradılıb".

 

Anar Quliyev planın hazırlanması zamanı Vyana və Dubayı müqayisə üçün götürdüklərini bildirib.

 

"Bilirik ki, Dubayda piyada hərəkəti üçün ciddi infrastruktur yaradılır. Vyana ictimai nəqliyyatdan rahat istifadə olunan şəhərdir. Düşünərək, müqayisə apararaq biz Vyananı özümüzə nümunəvi hədəf kimi götürdük”, - o vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama