Müasir Müsavat Partiyasının (MMP) sədri, prezidentliyə namizəd Hafiz Hacıyev Yeni Azərbaycan Partiyasının (YAP) funksionerlərini Bakıda keçirəcəyi mitinqə dəvət edib.
Modern.az-a açıqlamasında H.Hacıyev YAP-çıların onun mitinqinə gəlməsində problem görmədiyini deyib:
“Bilirsinizmi bizdə siyasi mədəniyyət, seçki mədəniyyəti hələ tam formalaşmayıb. Mənim və yaxud onların bir-birimizin mitinqində iştirak etməsi kəşfiyyat xarakteri daşıyacaq mütləq. Lakin problem yoxdur buyursunlar gəlsinlər bizim mitinqə”.
Anar RÜSTƏMOV