Modern.az

Azad olunan ərazilərdə aşkarlanan mina və hərbi sursatların SAYI

Azad olunan ərazilərdə aşkarlanan mina və hərbi sursatların SAYI

16 Yanvar 2024, 12:24

2020-ci ilin noyabr ayından bu günədək 118 min hektardan çox ərazi minalardan təmizlənib.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, təmizləmə əməliyyatları nəticəsində 18 mindən çox piyada əleyhinə, 31 mindən çox tank əleyhinə mina və 60 mindən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib: "Təəssüf ki, mina qurbanlarımız var. 2020-ci ildən bu günə qədər 341 nəfər minaya düşüb. Onlardan 65 nəfəri həlak olub".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi