Modern.az

Xankəndi DSK-sının sədri: “Ermənilərə müraciət etdik ki, seçkilərə qatılsınlar”

Xankəndi DSK-sının sədri: “Ermənilərə müraciət etdik ki, seçkilərə qatılsınlar”

26 Sentyabr 2013, 13:45


“Xankəndi Dairə Seçki Komissiyası 2005-ci ildə yaradılıb. Biz Azərbaycan vətəndaşı olan ermənilərə çağırış etdik ki, parlament seçkilərində öz namizədləri ilə iştirak etsinlər”.

Bunu Modern.az saytına açıqlamasında Xankəndi DSK-nın sədri Rasim Hacıyev bildirib. Onun sözlərinə görə bu müraciətə ermənilər heç bir reaksiya verməyiblər.

“Əminik ki, ermənilər bu çağırışa qoşulmaq istəyirlər. Ancaq belə addım atacaq ermənilərin həyatının təhlükə altına düşəcəyi şübhəsizdir. Bizim bu mesajımız əslində bir jest idi”-deyə R.Hacıyev vurğulayıb.

2013-cü il oktyabrın 9-da keçiriləcək prezident seçkisində erməni əsilli ölkə vətəndaşlarının iştirakına gəlincə, DSK sədri deyib ki, onlara bu barədə heç bir müraciət ünvanlanmayıb.

“Bu məsələ təkcə bizim səlahiyyətimizdə deyil”-deyə R.Hacıyev bildirib.

Bununla belə, o, qeyd edib ki, Azərbaycan öz tolerantlığını nümayiş etdirib, qanunvericiliyin tələblərinə uyğun olaraq ölkədə yaşayan erməni əhalisinə də vətəndaşlıq hüququ verib.
”Yəni Azərbaycan vətəndaşı olan ermənilər də dövlətimizin qanuna müvafiq bütün hüquqlarından yararlanmaq və istifadə etmək imkanlarına malikdirlər. Milliyyətcə erməni əhalinin seçki hüququ da Konstitusiyanın ölkədə vətəndaşlara verdiyi imkanlara daxildir”.

Aqşin Kərimov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?