Modern.az

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

16 Yanvar 2024, 18:33

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

 

Modern.az xəbər verir ki, müraciətdə deyilir: 

"Bəzi sürücülər hava şəraitini nəzərə almır və yağıntılı havalarda yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə, əksinə, daha da artıraraq yol kənarında dayanan piyadaların üst-başlarını batırırlar.

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinin 1.5 bəndində bu məsələnin həlli öz təsdiqini tapıb. Bununla bağlı sürücü məsuliyyətə cəlb olunmaqla, ona protokol tərtib edilir. Bütün sürücülərin nəzərinə çatdırırıq ki,  bu qaydanı pozan hər kəsə  40 manat miqdarında cərimə tətbiq olunacaq".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi