Modern.az

20 Yanvar faciəsi ilə əlaqədar hazırlıqlara BAŞLANILDI

20 Yanvar faciəsi ilə əlaqədar hazırlıqlara BAŞLANILDI

16 Yanvar 2024, 19:05

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar paytaxt Bakıda hazırlıqlara başlanılıb.

 

Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a bildiriblər ki, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə bağlı hazırlıq işləri görülür.

 

Qeyd edilib ki, həmin ərazi daim Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.

 

Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır.

 

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi