Modern.az

Sabahın hava proqnozu

Sabahın hava proqnozu

26 Sentyabr 2013, 14:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb, qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 15-18, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir. 

Azərbaycanın rayonlarında sentyabrın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoz
Sentyabrın 26-dan 29-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti, atmosfer təzyiqinin kəskin tərəddüdü, güclü xəzri və gilavar küləyinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?