
Vətəndaş Həmrəyliyi Partiyasının təsis edilməsindən 21 il ötür. Partiya 1992-ci il sentyabrın 26-da Gənc Tamaşaçılar Teatırında təsis qurultayı keçirib. “VHP heç bir siyasi şəraitdə öz siyasi xəttindən yayınmamış, əqidə və məslək yolundan dönməmişdir. Tarix regionda baş verən mürəkkəb ictimai-siyasi proseslər fonunda vətəndaş həmrəyliyinin Azərbaycan cəmiyyəti üçün ən düzgün ideologiya olduğunu dəfələrlə sübut edib. Bu gün Azərbaycanın bütün siyasi qüvvələri, hansı düşərgəyə məxsus olmasından asılı olmayaraq, dövlətçiliyimizin xilasının məhz vətəndaş həmrəyliyindən keçdiyini etiraf etməkdədirlər”-deyə VHP mətbuat xidməti bəyan edib. Partiyadan bildirilib ki, bu gün VHP-nin 80-ə yахın rаyоn təşkilatında 20 minə yaxın insan birləşib.
VHP-nin bir çox üzvləri hazırda İctimai Palata və Demokratik Qüvvələrin Milli Şurasında təmsil olunur.
VHP sədri Sabir Rüstəmxanlı Milli Məclisin deputatıdır.
Modern.az