Modern.az

ATƏT PA-nın Azərbaycana gələcək seçki missiyasının rəhbəri məlum oldu

ATƏT PA-nın Azərbaycana gələcək seçki missiyasının rəhbəri məlum oldu

26 Sentyabr 2013, 14:49

Milli Məclis sədrinin müavini, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bu qurumun ölkəmizdəki prezident seçkiləri ilə bağlı müşahidə missiyası barədə məlumat verib.
Vitse-spiker bildirib ki, ATƏT Parlament Assambleyası sədrinin müavini, ATƏT PA-da Almaniya nümayəndə heyətinin rəhbəri xanım Doris Barnet ATƏT Parlament Assambleyasının Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının rəhbəri təyin olunub.

Təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədri, Yunanıstan nümayəndə heyətinin rəhbəri Makis Voridisə isə müşahidə missiyası rəhbərinin müavini vəzifəsi həvalə edilib.

Müşahidə missiyasına ATƏT PA-nın 25 nümayəndəsi daxildir. Onlardan 16 nəfəri 14 ölkəni təmsil edən deputatlardır. Xatırladaq ki, Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə məqsədilə ATƏT PA-dakı Fransa nümayəndə heyətinin üzvü Mişel Vuazən də Xüsusi əlaqələndirici vəzifəsinə təyin olunub.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?