Hakim Yeni Azərbaycan Partiyası (YAP) da mitinq keçirmək üçün yer problemi ilə üzləşib. Partiyanın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Modern.az-a açıqlamasında hakim partiyanın həqiqətən də yer məsələsində problem yaşadığını bildirib.
Onun sözlərinə görə, YAP 100 minlik mitinq keçirmək istəyir:
“Yeni Azərbaycan Partiyasının (YAP) 600 mindən artıq üzvü var. Bu gün yerlərdə minlərlə insanın iştirakı ilə görüşlər keçiririk. Hər bir rayonda ən azı 15-16 minlik görüşlər keçirilir. Bakı şəhərində isə Yeni Azərbaycanın Partiyasının mitinq keçirməsi üçün yer yoxdur. Bizim mitinqdə 100 minlərlə insan iştirak edəcək. Bu baxımdan Bakıda elə bir yer tapa bilmirik ki, mitinq keçirək”.
YAP rəsmisi daha sonra Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin hakim partiya üzvlərinə etdiyi mitinq dəvətinə reaksiya verib.
“Darıxma, darıxma çox az qalıb”.
Anar RÜSTƏMOV