Modern.az

Neftçaladan acı xəbər: 2 ölü, 2 yaralı

Neftçaladan acı xəbər: 2 ölü, 2 yaralı

17 Yanvar 2024, 14:08

Neftçala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunda, Qaravəlli kəndi ərazisində qeydə alınıb. “Ford” və “KİA” markalı avtomobillər toqquşub.

 

Qəza nəticəsində Cəlilabad rayon sakinləri İslam Fərhadov və Vahid Yağnəliyev hadisə yerində ölüblər. Müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər - Neftçala rayonunun Xolqarabucaq kənd sakinləri Bayramov Loğman Qüdrət oğlu və Əliyev Habil Abasağa oğlu Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı