Modern.az

Aqrar siyasət komitəsinin iclası - Gündəlikdə 4 məsələ var

Aqrar siyasət komitəsinin iclası - Gündəlikdə 4 məsələ var

Parlament

17 Yanvar 2024, 15:00

Milli Məclisinin Aqrar siyasət komitəsinin iclası keçirilir.

Modern.az xəbər verir ki, iclasın gündəliyinə dörd məsələ daxil edilib. 


1. 2023-cü ilin payız sessiyası dövründə Milli Məclisin Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat.
2. Komitənin 2024-cü il yaz sessiyası üçün iş planının layihəsi. 
3. “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
4. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI