Modern.az

Türkiyə ilə hərbi-texniki əməkdaşlıq müzakirə olundu

Türkiyə ilə hərbi-texniki əməkdaşlıq müzakirə olundu

Aktual

17 Yanvar 2024, 15:04

Yanvarın 17-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüş zamanı Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Tərəflər hərbi-texniki sahədə maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi