Modern.az

Sumqayıt yataqxanasındakı güclü yanğın söndürüldü - VİDEO

Sumqayıt yataqxanasındakı güclü yanğın söndürüldü - VİDEO

18 Yanvar 2024, 01:06

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

 

Bu barədə Modern.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

 

***

00:58

 

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.

 

Bu barədə Modern.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

 

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

 

***

00:24

 

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

 

FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb.

 

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

 

Əlavə məlumat veriləcək.

 

***

23:26

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

 

FHN-dən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək

 

***

Sumqayıt Dövlət Texniki Kollecin binasında yanğın baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Məlumata görə, inzibati bina yataqxana kimi də fəalliyyət göstərir. Belə ki, binanın üst mərtəbəsində tələbələr və məcburi köçkünlər qalırlar.

 

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb edilib

 

Bbildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

 

Görüntüləri təqdim edirik:

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı