Modern.az

Qazilər, şəhid ailələri işlə bağlı müraciət edirlər, aciz qalırıq - Deputat

Qazilər, şəhid ailələri işlə bağlı müraciət edirlər, aciz qalırıq - Deputat

Parlament

18 Yanvar 2024, 09:48

Hər gün bizə işlə təmin olunma ilə bağlı müraciətlər daxil olur. 


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Rauf Əliyev bildirib. 

 

"Demək olar ki, bizə gün ərzində qazilər, şəhid ailələri işlə bağlı müraciət edirlər. Biz onların yanında aciz qalırıq. Belə ki, biz onlara əlillik dərəcəsini veririk, sonra isə onları işə götürmürlər. Ona görə də bu barədə problemləri həll etməyə çalışmalıyıq”, - o qeyd edib.

 

Deputat şagirdlərin dərs yükü ilə bağlı məsələni də gündəmə gətirib. O qeyd edib ki, proqramların yüklənməsi məsələsi valideynələr tərəfindən qaldırılır:

 

“Onlar bizə bildirirlər ki, biz işləyirik, axşam saatlarında evə gəlirik, uşaqlar da saat üçə qədər dərs oxuyurlar. Xüsusilə də birinci siniflərin dərs yükləri çoxdur. Çıxıb açıqlama verilməlidir ki, dərs proqramlarının yükü azaldılacaqmı?”.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI