Modern.az

Ana və uşaq ölümləri ilə bağlı görülən işlər qaneedici deyil - Deputat

Ana və uşaq ölümləri ilə bağlı görülən işlər qaneedici deyil - Deputat

Aktual

18 Yanvar 2024, 11:14

Son illər Azərbaycanda ana və uşaq ölümlərinin sayında azalma hiss olunur. Amma bu sahədə Milli Məclisin Səhiyyə komitəsinin qarşısında görüləcək işlər çoxdur.

 

 Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

 

“Bildirim ki, bu sahədəki rəqəmlər MDB məkanı ilə müqayisədə aşağı olsa da, Avropa və dünyanın bəzi ölkələri ilə müqayisədə qaneedici deyil”.


Komitə sədri, həmçinin bildirib ki, növbəli olaraq Türk Dövlətlərinin Təşkilatına üzv olan ölkələrin Səhiyyə komitələrinin iclasları keçiriləcək. 


“Bu iclaslarda səhiyyə sahəsində müxtəlif problemləri müzakirə olunacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI