Modern.az

Qabil Hüseynli hakimiyyətə səs verəcəyini açıqladı

Qabil Hüseynli hakimiyyətə səs verəcəyini açıqladı

27 Sentyabr 2013, 10:06


“Ölkədəki indiki ictimai-siyasi vəziyyətin yaradılması məni qane etdiyinə görə yəqin ki, bu siyasi xəttin davam etdirilməsinə səs verəcəm”. Bunu Modern.az-a açıqlamasında sabiq dövlət müşaviri, Müsavat başqanının keçmiş müavini,  politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, konkret olaraq ad çəkmək istəmir.

Politoloq namizədlərin teledebatdakı çıxışlarını da tənqid edib. “Namizədlər üçün ayrılmış ödənişsiz efir vaxtındakı çıxışlar məni qane etmir”. Siyasi təhlilçi fikirlərini onunla əsaslandırıb ki, namizədlər ölkənin inkişafı ilə bağlı konseptual xarakterli məsələlərə az toxunurlar.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?