Xəbər verildiyi kimi, bu il riyaziyyat-informatika, xarici dil ( İngilis, rus, fransız, alman) fənlərindən dərs deyən müəllimlər sertifikasiya imtahanlarına cəlb olunacaqlar.
2024-cü ildə təşkil ediləcək təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsinin qiymətləndirmə çərçivəsi də artrıq açıqlanıb.
Modern.az-ın məlumatına görə, Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva bildirib ki, suallarla bağlı dəyişiklik yoxdur.
60 sualdan 50-si ixtisas, 10-u isə metodika və pedaqogika üzrə təqdim olunacaq.
N.Mehdiyeva deyib ki, rus dili və ədəbiyyatı fənni üzrə sualların 30-u dil, 20-si ədəbiyyat, 10-u metodika və pedaqogikadan düşəcək.
Fənlər üzrə suallar asan, orta və çətin olmaqla üç kateqoriyaya bölünəcək.
Fəaliyyət dövrünün beş ili tamam olmuş müəllimlər də sertifikatlaşdırmaya cəlb olunacaqlar.