Modern.az

Əhalinin banklardakı əmanətləri - manatla artıb, dollarla azalıb

Əhalinin banklardakı əmanətləri - manatla artıb, dollarla azalıb

İqtisadiyyat

18 Yanvar 2024, 13:02

Əhalinin banklardakı əmanətlərinin məbləği 2023-cü il ərzində 8,1 faiz artaraq dekabr ayının 1-nə milli valyuta ekvivalentində 12524,9 milyon manat təşkil edib.
 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Əmanətlərin 65,8 faizi milli, 34,2 faizi xarici valyutada qoyulub.

Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artıb, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 4,8 faiz azalıb. 

Dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,86 (1,84) manata, 100 Türk lirəsinə 5,84 (7,39) manata, 100 Rus rubluna 1,87 (2,02) manata bərabər olub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi