Yanvar 18-də saat 10 radələrində Sumqayıt şəhəri ərazisində “Archico” MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırovun kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalması nəticəsində ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Modern.az xəbər verir ki, Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilib.
***
13:06
Sumqayıtda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.
Modern.az xəbər verir ki, hadisə Tağıyev adına qəsəbədə tikinti şirkətində baş verib.
1977-ci il təvəllüdlü Bağırov Nazim Xeyrulla oğlu qumun altında qalaraq ölüb.
Fakt araşdırılır.