Modern.az

Qadını tüfənglə güllələyən şəxsə cinayət işi açıldı

Qadını tüfənglə güllələyən şəxsə cinayət işi açıldı

18 Yanvar 2024, 15:36

Yanvarın 16-da paytaxtın Səbail rayonu ərazisində Cəmilə Məmmədovaya ov tüfəngindən atəş açılmaqla xəsarət yetirilib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə istintaq aparılır.

 

İlkin istintaqla cinayətin Rəşad Əsədzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı