Modern.az

Azərbaycanla Moldova arasında əməkdaşlıq gücləndiriləcək

Azərbaycanla Moldova arasında əməkdaşlıq gücləndiriləcək

İqtisadiyyat

18 Yanvar 2024, 16:40

Azərbaycanın Moldova ilə iqtisadi əməkdaşlığının gücləndirilməsinin prioritet istiqamətlərinə energetika, ticarət və investisiyaların təşviqi daxildir.

 

Modern.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

 

Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində Moldovanın Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Dumitru Alaiba ilə müzakirələr aparılıb: “Keçirdiyimiz görüşdə birgə təşəbbüslərin artırılması və ölkələrimizin biznes dairələri arasında tərəfdaşlığın təşviqi imkanlarını dəyərləndirdik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi