Modern.az

Azərbaycana 1.2 milyon ton buğda idxal edilib

Azərbaycana 1.2 milyon ton buğda idxal edilib

İqtisadiyyat

18 Yanvar 2024, 17:52

2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 303 milyon 983 min dollar dəyərində 1 milyon 175,3 min ton buğda idxal edilib.

 

Modern.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2022-ci illə müqayisədə həcm baxımından 9.1% və ya 117 min 655 ton, məbləğ baxımından isə 30.4% və ya 132 mln. 538 min dollar çoxdur.

 

Xatırladaq ki, ötən il buğda idxalı Azərbaycanın ümumi idxalının 1.76%-nə bərabər olub.

 

Əlavə edək ki, 2023-cü ildə ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, əvvəlki illə müqayisədə 23.4% azalaraq 439.6 manat təşkil edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi