Modern.az

QHT Alyansı “exit-poll”la bağlı xaricdən ekspertlər dəvət edib

QHT Alyansı “exit-poll”la bağlı xaricdən ekspertlər dəvət edib

27 Sentyabr 2013, 12:05

““Proqnoz” Sosioloji Tədqiqatlar Mərkəzinin “exit-poll” təcrübəsi var. Bu təşkilat əvvəllər parlament, həm də bələdiyyə seçkilərində bir neçə “exit-poll”lar həyata keçirib”. Bunu Modern.az-a açıqlamasında QHT Əməkdaşlıq Alyansının rəhbəri Rüfiz Qonaqov deyib. “Tenderin qalibi “Proiqnoz”dur, Alyansa müraciət edən 9 təşkilat arasında məhz “Proqnoz” təşkilatı ən təcrübəli ekspertləri olan təşkilatdır”.

Rufiz Qonaqov bütün seçki dairələrində “exit-poll” keçirilməsi üçün ciddi hazırlıq işləri görüldüyünü bildirib. “Hazırda 125 dairənin hər birində “exit-poll” keçirməklə bağlı qərarımız var. Buna hazırlıq işləri gedir. Yaxın günlərdə “exit-poll”u həyata keçirəcək şəxslərin Bakıda treninqi başlayacaq. Onlara müvafiq tapşırıqlar verildikdən sonra bütün dairələr üzrə bölüşdürüləcəklər.

QHT Əməkdaşlıq Alyansı”nın həmsədri “exit-poll”a xaricdən ekspertlərin də dəvət olunduğunu bildirdi. ““Proqnoz” Sosioloji Tədqiqatlar Mərkəzi xaricdən ekspertlər gətirəcək. Yaxınlarda onların adları ictimaiyyətə açıqlanacaq”. 

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?