Modern.az

Ötən il xarici ticarət dövriyyəsi azalıb 

Ötən il xarici ticarət dövriyyəsi azalıb 

İqtisadiyyat

18 Yanvar 2024, 22:34

Ötən il Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 51 milyard 184 milyon dollara çatıb.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a bildirilib ki, bu 2022-ci ilə nisbətən 2,9 faiz azdır. Belə ki, 2023-cü ildə ixracın həcmi 33 milyard 899 milyon dollar, idxalın həcmi isə 17 milyard 285 milyon dollar təşkil edib.

 

Bundan başqa, xarici ticarətdə 16 milyard 613 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 29,6 faiz azdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi