Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “Air Arsakh” aviaşirkəti mülkiyyətində olan iki təyyarənin heyətinin Xocalı aeroprtunda təlimlərini həyata keçirir.
Modern.az saytı “Reqnum” agentliyinə istinadən xəbər verir ki, texniki uçuşlar Xocalı aeroportu çətin dağlıq şəraitdə yerləşdiyinə görə həyata keçirilir. Bununla bağlı məlumatda deyilir ki, əgər Sovet dövründə təyyarələr uçuş zolağına Ağdam istiqamətində, yəni Şərqdən eniş edirdisə, hazırda Qərb istiqamətində eniş həyata keçirilir. Bunun Azərbaycanın Hərbi Hava Qüvvələri tərəfindən hücum riskinin azaldılması məqsədilə edildiyi bildirilir.
Aeroportun ətrafındakı relyefi dəyişmək üçün geniş torpaq işlərinin görüldüyü də məlumatlar arasındadır. Həyata keçirilən işlərin intensivliyi aeroportun tezliklə açılacağından xəbər verir.
Vüqar İsmayılov