Modern.az

Azərbaycanda turizmlə bağlı yeni dövlət proqramı hazırlanır

Azərbaycanda turizmlə bağlı yeni dövlət proqramı hazırlanır

27 Sentyabr 2013, 12:35

“Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən fiziki qüsurlu insanlar üçün müxtəlif səyahətlər təşkil olunub”. Modern.az xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəz Qarayev jurnalistlərə açıqlamasında deyib. “Əllilər üçün səyahət proqramı başqa qurumlar tərəfindən də təşkil olunur. Nazirlik sosial turizmin inkişafına önəm verir. Həmkarlar İttifaqı bu turizmlə maraqlanan təşkilatlara xüsusi güzəşt təşkil edir. Düşünürəm ki, bu düzgün istiqamətdir”.

Turizmlə bağlı dövlət proqramı haqda  danışan nazir qeyd edib ki, bu il proqramın vaxtı bitir: “Amma yeni proqramın hazırlanması lazımdır. Səylərimizi turizm haqqında yeni qanunun yaradılmasına yönəltmişik. Bundan sonra dövlət proqramı hazırlanacaq. İlk iki dövlət proqramının vəzifəsi ondan ibarət idi ki, biz turizmin inkişafına təkan verək və turizmin istiqamətlərini müəyyənləşdirək. Dövlət lazımı addımlar atdı, təbliğat aparıldı. Turizm şirkətlərinin, mehmanxanaların sayı artdı”.

Nazir həmçinin bildirib ki, İrandan ölkəmizə gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə azadlıb. O bildirib ki, İranın yeni rəhbərliyi və strukturları ilə imzalanan müqaviləyə sadiq qalaraq yeni danışıqlar aparılacaq.

"Ümidvaram ki bu elə də böyük problem deyil. Bilirsiniz ki, Azərbaycan bütün ölkələrlə müqabil şərtlərlə vizaların tətbiqi barədə təcrübəni yerinə yetirir. Viza tətbiq olunmaya başlanılır. Turizm şirkətləri elektron viza vasitəsilə ölkəmizə bir neçə qrupların götürülməsinə müvafiq oldular. Bu proses gedir, deyim ki,pis də getmir. Onu qeyd etməliyəm ki, bu ilin yarımilliyində ölkəmizə İrandan gələn turistlərin sayında azalma olub. Ölkəyə gələn turistlərin sayında 10 faiz artım olsa da təxminən 8 faiz civarında İrandan gələnlərin sayı azalıb. Bu normal prosesdir. Bu məsələyə hansısa siyasi don geyindirmək istəmirəm. Bu sadəcə maraqların tənzimlənməsidir. Düşünürük ki, prioritet istiqamət həmişə olduğu kimi qonşu ölkələrdir. Bu sahədə də əməkadılıq mövcuddur. Bildiyiniz kimi İran müəyyən keçid dövrünü yaşayır. Yeni rəhbərlik və strukturlarla imzaladığımız müqaviləyə sadiq qalaraq yeni danışıqlar aparacağıq. Ümidvaram ki bu elə də böyük problem deyil"

Gültəkin Ələsgər

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?