Modern.az

Göyçayda 69 yaşlı qadın itkin düşdü

Göyçayda 69 yaşlı qadın itkin düşdü

Hadisə

19 Yanvar 2024, 13:08

Göyçayda 69 yaşlı qadın itkin düşüb.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, Göyçay rayonunun Çərəkə kənd sakini, 1955-ci il təvəllüdlü Bəkirova Zümrüd Seyidəbi qızı yanvarın 13-ü səhər saat 08 radələrində yaşadığı evdən çıxıb naməlum istiqamətdə gedərək qayıtmayıb.

 

“Qadın barəsində hər hansı bir məlumatı olan şəxslərin DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020)274–04-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - məlumatda deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı