Modern.az

Mərasim evində tavanın çökməsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti 

Mərasim evində tavanın çökməsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti 

Hadisə

19 Yanvar 2024, 14:50

Yasamalda mərasim evində tavanın çökməsi nəticəsində xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti açıqlanıb.

 

TƏBİB-dən Modern.az-a bildirilib ki, yanvarın 19-da saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində olan mərasim evində tavanın çökməsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

 

Hadisə yerinə dərhal təcili yardım briqadası cəlb olunub.

 

Hadisə nəticəsində 1 nəfər (qadın cinsli) xəsarət alıb. 46 yaşlı zərərçəkən bel nahiyəsinin travması ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hazırda xəstənin vəziyyəti orta ağırdır. Ona zəruri tibbi yardımın göstərilməsi davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı