Modern.az

Şadlıq sarayında bıçaqlanmaya görə 1 nəfər tutuldu

Şadlıq sarayında bıçaqlanmaya görə 1 nəfər tutuldu

Hadisə

19 Yanvar 2024, 16:10

Şəmkirdə qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanıb.

 

Şəmkir rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, yanvarın 18-də saat 15 radələrində Şəmkir rayonunun Dəllər-Cəyir kəndində yerləşən şadlıq saraylarından birində 1973-cü il təvəllüdlü Elsevər Əkbərliyə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı rayonun Dəllər-Cırdaxan kənd sakini, 2007-ci il təvəllüdlü Umud Cəfərovun aralarında yaranmış mübahisə zamanı bıçaqlanıb.

 

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb, Umud Cəfərov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı