Modern.az

İcma Miyatoviçin Azərbaycanla bağlı hesabatını qınadı 

İcma Miyatoviçin Azərbaycanla bağlı hesabatını qınadı 

Aktual

19 Yanvar 2024, 23:58

Qərbi Azərbaycan İcması Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dünya Miyatoviçin Azərbaycanla bağlı hesabatını qınayıb.

 

Modern.az xəbər verir ki, İcmanın bəyanatında qeyd olunub:

 

“Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dünya Miyatoviçin Azərbaycana və Ermənistana səfərlə bağlı hazırladığı hesabata dair Avropa İttifaqının ifadə etdiyi ədalətsiz mövqeyi qınayırıq.

 

“Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” kimi arxaik, nimdaş ifadələrdən istifadə edən, “Qarabağ ermənilərinin qayıdış hüququ”nu qabardan, lakin yenə də biz Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasına toxunmayan Avropa İttifaqı məsələlərə etnik və dini təəssübkeşlik prizmasından yanaşmaq siyasətinə son qoymalıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi