Modern.az

Azərbaycanda zəlzələ fəsadlar törətdi: Evlər çatladı 

Azərbaycanda zəlzələ fəsadlar törətdi: Evlər çatladı 

Ölkə

20 Yanvar 2024, 09:32

Şirvanda zəlzələ nəticəsində bir neçə evdə çatlar əmələ gəlib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında baş vermiş zəlzələ zamanı köhnə şəhər adlanan ərazidə bir neçə fərdi yaşayış evində xırda çatlar yaranıb.

 

Qeyd edək ki, ötən gün axşam saat 22:05 radələrində ölkə ərazisində 5.1 maqnitulalı zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Qeyd edilib ki, zəlzələ Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 3-4 bala qədər hiss olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal