Modern.az

Binəqədidəki yanğınla bağlı bir neçə versiya var - Kamran Əliyev

Binəqədidəki yanğınla bağlı bir neçə versiya var - Kamran Əliyev

Hadisə

20 Yanvar 2024, 11:25

Binəqədi rayonunda baş verən yanğınla bağlı istintaq hərəkətləri davam edir.

 

Modern.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.

 

O bildirib ki, partlayışda xəsarət alan şəxslərin müalicəsi xəstəxanalarda davam edir.

 

"İş üzrə istintaq qrupu tərəfindən istintaq hərəkətləri aparılır, ekspertizalar təyin edilib", - o qeyd edib.

 

Kamran Əliyev yanğının baş verməsi ilə bağlı bir neçə versiyanın olduğunu diqqətə çatdırıb və əlavə edib ki, həmin versiyalar araşdırılır: “Nəticə olan kimi, təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi təmin ediləcək”.

 

Qeyd edək ki, Bakının Binəqədi rayonunda yerləşən mebel sexində baş verən yanğında 9 nəfər ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı