Modern.az

Türkiyə səfirliyində bayraqlar yarıya ENDİRİLDİ

Türkiyə səfirliyində bayraqlar yarıya ENDİRİLDİ

20 Yanvar 2024, 12:28

Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yanvarın 20-də Şəhidlər xiyabanında jurnalistlərə açıqlamasında deyib.

 

"Bu gün qardaş Azərbaycanın matəm günüdür. Səfirliyimizdə bayraqlar yarıya endirilib. Torpaq, uğrunda ölən varsa, vətəndir. 20 Yanvar azadlıq uğrunda yandırılan bir məşəldir. O gecə qəhrəmanlar həyatlarını qurban verdilər. Bu gün hürriyyət, azadlıq arzusunun başladığı tarixdir. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. İnanırıq ki, bütün şəhidlər sadəcə Azərbaycan xalqının deyil, Türkiyə xalqının da ürəyində yaşayır və əbədi olaraq yaşayacaq", - diplomat bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi