Modern.az

Hacıqabulda 20 Yanvar tədbiri keçirildi - FOTOLAR

Hacıqabulda 20 Yanvar tədbiri keçirildi - FOTOLAR

Aktual

20 Yanvar 2024, 15:58

20 yanvar 2024-cü il tarixdə Hacıqabul rayonunda “20 Yanvar” faciəsinin 34-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və kollektivi, rayon sakinləri və şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

 

Tədbir iştirakçıları Şəhidlər xiyabanında “20 Yanvar” şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə və şəhid məzarları üstünə gül-çiçək dəstələri düzərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsini böyük hörmətlə anıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi